Prayk
SMM mütəxəssisi — Marketing, reklam, PR
700 ₼

SMM mütəxəssisi

შემოწმებულიადღეს

№6325717·ნახვები: 4

აღწერა

“ANQARD” MMC komandası SMM mütəxəssisi axtarır! Sosial media platformalarının idarə olunması, kreativ strategiyaların hazırlanması, auditoriya ilə effektiv ünsiyyət və rəqəmsal marketinq sahəsində təcrübən varsa, səni komandamızda görmək istəyirik! Vəzifə öhdəlikləri: Instagram, TikTok və digər sosial media platformalarının idarə olunması; Paylaşımlar, Reels və digər rəqəmsal kontentlərin planlaşdırılması və təşkili; Məhsul və layihələrin sosial mediada effektiv təqdim olunması; Sosial media trendlərinin izlənilməsi və brendə uyğun tətbiqi; Reklam kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili; Auditoriya ilə qarşılıqlı əlaqənin qurulması, gələn mesajların və şərhlərin izlənilməsi; Brendin sosial mediada tanınmasının artırılması. Namizədə tələblər: SMM, rəqəmsal marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi; Instagram, TikTok və digər sosial media platformalarının idarə olunması üzrə bilik və təcrübə; Sosial media strategiyası və kontent planı hazırlamaq bacarığı; Telefon və ya kamera ilə keyfiyyətli foto-video çəkiliş bacarığı; Meta Business Suite və reklam alətləri ilə işləmək bacarığı; Reklam kampaniyalarının idarə olunması və nəticələrinin təhlili üzrə biliklər; Canva, CapCut, Premiere Pro və digər dizayn/video montaj proqramlarından istifadə bacarığı; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Kreativ düşüncə, təşəbbüskarlıq və məsuliyyətlilik; Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi. İş şəraiti İş yeri: Mehdiabad qəsəbəsi — fabrikin daxilində yerləşən ofis İş saatları: 6 gün 09:00–18:00 Nahar şirkət tərəfindən təmin olunur Əmək haqqı: 700 - 800 AZN (+ bonus) CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərsiniz. Qeyd: İş yeri Mehdiabad ərazisində yerləşdiyindən, bu əraziyə yaxın yaşayan və iş yerinə müntəzəm gediş-gəliş imkanı olan namizədlərə üstünlük verilir. Maaş: 700 AZN Son müraciət tarixi: 24.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/anqard-smm-mutexessisi-156790
რეკლამა