Əsas vəzifə öhdəlikləri
Şirkətin sosial media strategiyasına əsasən həftəlik və aylıq kontent plan hazırlamaq;
Instagram, Facebook, TikTok, LinkedIn və digər sosial media platformalarının idarə olunmasını təmin etmək;
Brendin vizual və kommunikasiya üslubuna uyğun kreativ kontent ideyaları hazırlamaq;
Foto, video, Reels və digər rəqəmsal kontentlərin hazırlanması və prosesi koordinasiya etmək;
Sosial media reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq;
Meta Ads Manager və digər reklam platformaları üzərindən hədəfli reklam kampaniyaları həyata keçirmək;
Sosial media göstəricilərini (Reach, Engagement, CTR, Conversion və s.) təhlil etmək və hesabatlar hazırlamaq;
İzləyicilərlə kommunikasiyanı və sosial media üzərindən daxil olan müraciətlərin idarə olunmasını təmin etmək;
Influencer və kontent yaradıcıları ilə əməkdaşlıqları təşkil etmək;
Aylıq sosial media hesabatlarını hazırlamaq və inkişaf təklifləri vermək.
Namizədə dair tələblər
Marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
Sosial media marketinqi sahəsində minimum 2 il iş təcrübəsi;
Instagram, Facebook, TikTok platformalarının idarə olunması üzrə praktiki biliklər;
Kontent strategiyasının və sosial media planlarının hazırlanması bacarığı;
Sosial media analitikası və KPI-ların ölçülməsi üzrə biliklər;
Kreativ düşünmə, güclü kommunikasiya və analitik təhlil bacarığı;
Komanda ilə işləmək, vaxtı düzgün idarə etmək və paralel layihələri koordinasiya etmək bacarığı;
Pərakəndə satış (Retail) sektorunda iş təcrübəsi;
E-commerce və rəqəmsal marketinq kampaniyaları üzrə təcrübə;
Influencer marketing və UGC layihələrinin idarə olunması;
Foto və video çəkilişlərinin təşkili üzrə praktiki bacarıqlar.
Biz nə təklif edirik?
Rəqabətli əməkhaqqı;
Nahar təminatı;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və yaradıcı iş mühiti.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208884/sosial-media-marketinqi-uzre-aparici-mutexessis
რეკლამა
ჩვენ ვიყენებთ ქუქი-ფაილებს ანალიტიკა — მხოლოდ თქვენი თანხმობით; აუცილებელი ქუქი-ფაილები ყოველთვის ჩართულია.კონფიდენციალურობის პოლიტიკა