Prayk
Təmizlik meneceri (Cleaning Manager) — Digər
შეთანხმებით

Təmizlik meneceri (Cleaning Manager)

შემოწმებულიაგუშინ
კატეგორია
სხვა
თარიღი
ნახვები
11
ნომერი
№4283944

აღწერა

TAİS İKF MMC komandamıza peşəkar və təcrübəli Təmizlik meneceri (Cleaning Manager) axtarırıq. Vəzifə öhdəlikləri: Müəssisənin bütün inzibati, istehsalat və ümumi istifadə sahələrində təmizlik işlərinin planlaşdırılması, təşkili və nəzarətini həyata keçirmək Təmizlik heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və iş qrafiklərini hazırlamaq Təmizlik standartlarının və sanitariya-gigiyena qaydalarının tətbiqini təmin etmək Təmizlik işlərinin keyfiyyətinə mütəmadi nəzarət etmək, aşkar edilmiş nöqsanların operativ şəkildə aradan qaldırılmasını təmin etmək Təmizlik işlərində istifadə olunan avadanlıq, inventar, yuyucu və dezinfeksiyaedici vasitələrin düzgün istifadəsinə nəzarət etmək Təmizlik materiallarının ehtiyac planlamasını aparmaq, ehtiyatların izlənilməsini və vaxtında sifariş edilməsini təmin etmək Təmizlik heyətinin işə adaptasiyası, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi proseslərində iştirak etmək Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya qaydalarına riayət olunmasını təmin etmək Podratçı təmizlik şirkətləri ilə əməkdaşlığı koordinasiya etmək və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq və təqdim etmək Təmizlik proseslərinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək Şirkətin korporativ standartlarına uyğun təmiz, təhlükəsiz və səliqəli iş mühitinin qorunmasını təmin etmək Daxili auditlər, dövlət qurumları tərəfindən keçirilən yoxlamalar və sertifikatlaşdırma prosesləri zamanı təmizlik sahəsi üzrə tələb olunan sənədləri hazırlamaq və dəstək göstərmək Şirkətin əmlakının, inventarlarının və iş mühitinin qorunmasına dəstək göstərmək, aşkar edilmiş texniki və sanitariya problemləri barədə aidiyyəti şöbələri məlumatlandırmaq Namizədə tələblər: Ali və ya müvafiq sahə üzrə peşə təhsili Təmizlik xidmətlərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi Sanitariya, gigiyena və təmizlik standartları barədə biliklər Təmizlik proseslərinin planlaşdırılması, nəzarəti və hesabatlılığının aparılması bacarığı Problemlərin operativ həlli, qərarvermə və təşkilatçılıq bacarıqları Yüksək məsuliyyətlilik, intizamlılıq və nəticəyönümlülük Komandada işləmək və kollektivi idarə etmək bacarığı İş şəraiti: 6 günlük iş qrafiki Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Dinamik və peşəkar iş mühiti Əmək haqqı müsahibə əsasında müəyyən edilir Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təmizlik meneceri (Cleaning Manager)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 09.11.2026

© TAİS İKF jobsearch.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.

ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.

მსგავსი განცხადებები

Xadimə
600 ₼

Xadimə


გუშინ 09:40