Prayk

Texniki Ofis Mühəndisi

შეთანხმებით
შემოწმებულია2 დღის წინ
ქალაქიBakı

№6399439·ნახვები: 13

აღწერა

Əsas vəzifə öhdəlikləri Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə ilkin və tam smeta sənədlərini hazırlamaq; Tikinti layihələri üzrə görüləcək işlərin həcmini və smeta dəyərini hesablamaq; Layihə, texniki spesifikasiya və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək və müvafiq düzəlişləri təklif etmək; Tikinti-quraşdırma, təmir və digər tikinti işlərinin qiymətləndirilməsində iştirak etmək; Smeta hesablamalarını mövcud bazar qiymətləri, material və işçilik xərcləri əsasında aparmaq; Tikinti sahələrindən daxil olan texniki hesabatları və görülmüş işlərin həcmlərini yoxlamaq; Layihələr üzrə material və iş həcmlərinin hesablanmasını və texniki sənədləşdirilməsini təmin etmək; Smeta və texniki sənədlərlə bağlı müvafiq hesabatları hazırlamaq. Namizədə dair tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil; Tikinti sahəsində minimum 5 il iş təcrübəsi; Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması sahəsində təcrübə; İnşaat norma və qaydaları, texniki standartlar və tikinti materialları üzrə biliklər; MS Office (xüsusilə Excel və Word) və AutoCAD proqramlarını yüksək səviyyədə bilmək; Yüksək analitik və riyazi hesablama bacarıqları; Layihə çertyojlarını oxumaq və təhlil etmək bacarığı; Müasir və innovativ iş standartlarına uyğun işləmək bacarığı; Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq. İş şəraiti İş yeri: Bakı şəhəri, Sabah City; Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir; E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208992/texni-ki-ofi-s-m%C3%BCh%C9%99ndi-si
რეკლამა