
Bakı13
Texniki quraşdırma mütəxəssisi (Avtoelektrik)
Texniki quraşdırma mütəxəssisi (Avtoelektrik)
800 ₼
შემოწმებულიაგუშინ
აღწერა
Avtomobil elektrik sistemləri üzrə bilik və praktiki bacarıqları olan, texniki sahədə inkişaf etmək istəyən məsuliyyətli və öyrənməyə həvəsli namizədləri əməkdaşlığa dəvət edirik.
### İş şəraiti və təminatlar
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Tam iş günü;
İşin xarakteri: Bakı şəhəri və ətraf ərazilərdə səyyar texniki quraşdırma işləri;
Əməkhaqqı: 500–800 AZN (namizədin bilik, bacarıq və praktiki hazırlıq səviyyəsinə uyğun);
Şəxsi avtomobili olan namizədlərə üstünlük verilir;
Xidməti məqsədlə şəxsi avtomobildən istifadə ilə bağlı razılaşdırılmış istismar və nəqliyyat xərcləri əlavə olaraq qarşılanır;
Xidməti fəaliyyət üçün mobil rabitə xərcləri şirkət tərəfindən ödənilir;
İş prosesində yeni texniki avadanlıqların quraşdırılması üzrə təlim və praktiki öyrədilmə təmin olunur;
Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.
### Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı göndərə bilərlər.
Avtomobil elektrik sistemləri üzrə ilkin bilik və praktiki bacarıqlar;
12V və 24V elektrik sistemləri haqqında anlayış;
Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
Elektrik naqillərini müəyyən etmək və düzgün qoşmaq bacarığı;
Naqillərin birləşdirilməsi, lehimləmə və izolyasiya işlərini bacarmaq;
Avtomobil salonunun sökülüb-yığılması üzrə praktiki təcrübə;
Texniki alətlərlə işləmək bacarığı;
Məsuliyyətli, diqqətli, səliqəli və öyrənməyə həvəsli olmaq;
Komanda ilə işləmək bacarığı.
### Üstünlük veriləcək namizədlər
Avtoelektrik və ya avtoelektronika sahəsində iş təcrübəsi olanlar;
Avtomobil siqnalizasiya sistemləri və əlavə elektrik avadanlıqlarının quraşdırılmasını bacaranlar;
Avtomobil elektrik və elektron sistemlərinin təmiri ilə məşğul olanlar;
B kateqoriyalı sürücülük vəsiqəsi olanlar;
Şəxsi avtomobili olan namizədlər.
Minik və yük avtomobillərində, eləcə də xüsusi texnikalarda elektrik və elektron avadanlıqların quraşdırılması;
Avtomobillərin elektrik sistemində uyğun qidalanma xətlərinin müəyyən edilməsi;
12V/24V elektrik sistemləri ilə işləmək və müvafiq bağlantıları həyata keçirmək;
Daimi qidalanma, ACC və GND xətlərinin müəyyən edilməsi və qoşulması;
Elektrik naqillərinin çəkilməsi, birləşdirilməsi, izolyasiyası və səliqəli şəkildə yerləşdirilməsi;
Avtomobil salonunun və zəruri hissələrinin sökülüb-yığılması;
Quraşdırılmış avadanlıqların ilkin texniki yoxlanılması;
Texniki nasazlıqların və bağlantı problemlərinin müəyyən edilməsi;
Görülmüş işlər barədə texniki qeydlərin aparılması.
Əmək haqqı: 500-800 AZN
რეკლამა











