
Bakı7
Tibbi satış təmsilçisi
Tibbi satış təmsilçisi
შეთანხმებით
შემოწმებულია4 დღის წინ
აღწერა
Vəzifə öhdəlikləri
Həkimlər və klinikalarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Məhsul və xidmətlərin təqdimatının həyata keçirilməsi;
Satış planının icrası və müəyyən edilmiş hədəflərə nail olunması;
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
Bazar tendensiyalarının və rəqiblərin fəaliyyətinin təhlili;
Həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər
Tibb sahəsində iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq və rus dilində ünsiyyət bacarığı;
Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Effektiv münasibət qurmaq və onları idarə etmək bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
Satış hədəflərinə çatmaq üçün motivasiya və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi;
Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
Yanacaq və ya yol xərclərinin kompensasiyası;
Peşəkar və karyera inkişafı imkanları;
İnkişaf edən komandada çalışma fürsəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Tibbi satış təmsilçisi” qeyd etməyiniz xahiş olunur
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198364/tibbi-satis-temsilcisi
რეკლამა








