
Bakı17
Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi

შეთანხმებით
Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi
შემოწმებულიაგუშინ
აღწერა
Vəzifə öhdəlikləri:
Sığortalıların zənglərini cavablandırmaq, onları maraqlandıran sualları cavablandırmaq və müvafiq məsləhətlər vermək;Sığortalıların şikayət və müraciətlərini dinləmək, onların müvafiq tibb müəssisəsinə və ixtisaslı mütəxəssisə yönləndirilməsi ilə bağlı qərar qəbul etmək;Sığorta hadisəsi barədə məlumat daxil olduqdan (sığortalının müraciətindən sonra) dərhal sığortalının müvafiq tibb müəssisəsinə yönləndirilməsini təmin etmək;Sığortalıların müraciətləri barədə məlumatları müvafiq qeydiyyat bazasına daxil etmək;Göstərilən tibbi xidmətlərdən sığortalıların məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlarla mütəmadi əlaqə saxlamaq;Tibb müəssisələrinin koordinatorları ilə əlaqə yaradaraq müalicə prosesinin gedişatına və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək;Klinikalar tərəfindən təqdim olunan reyestrləri müvafiq məlumat bazasına daxil etmək və emal etmək;Daxili proqram təminatının məlumat bazasında əks olunan məlumatlar əsasında hesabatlar hazırlamaq;Tibbi yardımın təşkili şöbəsinin gündəlik fəaliyyətinin həyata keçirilməsində iştirak etmək.
Tələblər:
Namizədə dair tələblər:
Tibb sahəsi üzrə ali təhsil (müalicə işi ixtisası üzrə təhsili olan namizədlərə üstünlük verilir);Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili biliyi arzuolunandır;MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı;Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;Ofis proqramlarından istifadə bacarığı;Vaxtın səmərəli idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığı;Analitik düşünmə, ünsiyyət və problemləri operativ həll etmə bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: "Qala Sığorta" ASC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/qala-insurance/qala-insurance-tibbi-yardimin-teskili-sobesinin-mutexessisi-62689686/apply
რეკლამა













