Prayk

Xaricdə təhsil üzrə mütəxəssis

შეთანხმებით
შემოწმებულიადღეს
ქალაქი
Bakı
კატეგორია
გაყიდვები
თარიღი
ნახვები
11
ნომერი
№6202447

აღწერა

İş yeri: Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Vəzifənin məqsədi Məktəblilərə, tələbələrə və böyüklərə xaricdə təhsil proqramı seçimində dəstək olacaq mütəxəssis axtarırıq. Proqramlara universitet təhsili, yay məktəbləri və dil kursları daxildir Əsas vəzifə öhdəlikləri Müştərilərə və valideynlərə xarici universitetlər, yay məktəbləri, dil kursları və qəbul şərtləri barədə məlumat vermək. Müştərinin yaşına, dil səviyyəsinə, məqsədlərinə, büdcəsinə və istədiyi təhsil tarixlərinə uyğun proqramlar seçmək. Sənədlərin hazırlanmasına və müraciətlərin göndərilməsinə kömək etmək, son müraciət tarixlərini izləmək. Universitetlər, dil məktəbləri və yay proqramlarının təşkilatçıları ilə ingilis dilində yazışmaq. İlk konsultasiyadan qəbul və ya iştirak təsdiqi alınanadək müştəriyə dəstək göstərmək. Namizədə olan tələblər Ali təhsil arzuolunandır. Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı. İşgüzar yazışma aparmaq üçün kifayət qədər ingilis dili biliyi. Sənədlərlə diqqətli işləmək, son tarixlərə riayət etmək və qəbul şərtlərini aydın izah etmək bacarığı. Xaricdə təhsil və ya müştərilərə məsləhət xidməti sahəsində təcrübə üstünlükdür. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Xaricdə təhsil üzrə mütəxəssis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/207855/xaricde-tehsil-uzre-mutexessis
რეკლამა