Prayk

Hostess

Келісімді
ТексерілдіКеше
Күні
Қаралым
8
Нөмір
№5894975

Сипаттама

İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Restorana daxil olan qonaqları gülərüz və nəzakətlə qarşılamaq; Qonaqları masalara yönləndirmək və uyğun yerləşdirməni təmin etmək; Rezervasiyaları qəbul etmək, qeydiyyata almaq və izləmək; Restoranda masa doluluğuna və qonaqların yerləşdirilməsinə nəzarət etmək; Qonaqların xüsusi istək və müraciətlərini dinləmək, müvafiq əməkdaşlara yönləndirmək; Qonaqların məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarına riayət etmək; Restoranın ümumi səliqə və nizamına diqqət yetirmək; Restoran komandası ilə koordinasiyalı şəkildə çalışmaq. Namizədə tələblər: Otel və ya restoran sahəsində müvafiq iş təcrübəsi arzuolunandır; Azərbaycan dilində sərbəst danışıq bacarığı; İngilis dili biliyi mütləqdir, rus dili biliyi üstünlükdür; Yüksək ünsiyyət və təqdimat bacarığı; Səliqəli xarici görünüş və nəzakətli davranış; Qonaqpərvərlik və xidmət yönümlü yanaşma; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı; Növbəli iş qrafikində işləmək imkanı. İş şəraiti: Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektivdə işləmək imkanı; Karyera və peşəkar inkişaf imkanları; İşçilər üçün nahar təminatı; Beynəlxalq otel şəbəkəsində təcrübə qazanmaq imkanı. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Hostess” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 12.12.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Mercure Hotels Baku City jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА
WhatsApp