Prayk
Junior Business Analyst — HR, kadr
Келісімді

Junior Business Analyst

ТексерілдіБүгін

№6442495·Қаралым: 4

Сипаттама

Vakansiya haqqında Komandamıza biznes proseslərinin təhlili, tələblərin toplanması və rəqəmsal həllərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək Junior Business Analyst axtarırıq. Əsas vəzifə öhdəlikləri: Biznes istifadəçilərindən və sifarişçilərdən tələblərin toplanmasında iştirak etmək; Mövcud biznes proseslərini araşdırmaq və təhlil etmək; Biznes tələblərinin strukturlaşdırılması və sənədləşdirilməsinə dəstək göstərmək; Texniki tapşırıqların (Technical Specification), User Story və Use Case sənədlərinin hazırlanmasında iştirak etmək; Biznes proseslərinin modelləşdirilməsi və diaqramların hazırlanmasına dəstək göstərmək; Proqram təminatının test edilməsi və nəticələrin yoxlanılmasında iştirak etmək; Proqramçılar, test mühəndisləri və digər komanda üzvləri ilə koordinasiyalı işləmək; Layihə sənədlərinin hazırlanması və yenilənməsini həyata keçirmək. Namizədə dair tələblər: Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə); Biznes analitik və ya əlaqəli sahədə 0–1 il iş təcrübəsi; Analitik düşünmə və problem həll etmə bacarığı; Biznes tələblərinin toplanması və sənədləşdirilməsi üzrə ilkin biliklər; BPMN və UML üzrə baza bilikləri; MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı; Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri üzrə biliklər; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Rus dili biliyi üstünlükdür; Komanda ilə işləmək, məsuliyyətlilik və öyrənməyə açıqlıq. İş şəraiti: İş qrafiki: Bazar ertəsi – Cümə; İş saatları: 08:00–17:00; İstirahət günləri: Şənbə və bazar; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir; Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək; İş forması: Tam iş günü. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya elektron poçt ünvanına CV-lərini göndərə bilərlər - [email protected] Son müraciət tarixi: 27.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/uniser-group-mmc-junior-business-analyst-157132
ЖАРНАМА