Uşaqların heyvanlarla ilk tanışlığı ya onların şəxsi müşahidələri sayəsində olur; ya onları televiziya və filmlərdə görürlər; ya da kitablarda oxuyurlar. “Mənim ilk 100 heyvanım” kitabında ev heyvanları, ferma heyvanları, bağ və meşə heyvanları, vəhşi heyvanlar və dəniz heyvanları ilə tanış olmaq mümkündür. Kitabda kiçik yaşlı uşaqlar bu heyvanların adını həm azərbaycanca, həm də ingiliscə öyrənəcəklər. Burada hər bir heyvan sadə fotolarla təqdim olunub, çünki uşağın onları tanıması bu yolla daha asan olur. Bundan əlavə, heyvanların təbii yaşayış mühitindən bəzi rəngli şəkillər də verilib. Ümid edirik ki, bu şəkillər sizi övladınızla heyvanlar və onların yaşayış məskənləri haqqında danışmağa həvəsləndirəcək.
Müəllif: Annamariya Zink
Nəşriyyat: 3 Alma
Dil: AZE
Cild: bərk
Səhifə sayı: 16
© libraff.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.