Əgər uşaqlarınıza iqtisadiyyatı öyrətmək, onların maliyyə savadlılığını artırmaq, pul ilə necə davranmağı, investisiyaya nə zaman ehtiyac olduğunu izah etmək istəyirsinizsə, bu kitab əla bir seçim ola bilər. "Pul kisəsi və orada yaşayan qəribə məxluqlar” kitabında bank, qanun, vergi, kredit, taksit, faiz, sığorta, təqaüd kimi iqtisadi anlayışlar personajlar şəklində təqdim olunur. Uşaqlara iqtisadi terminləri və anlayışları əyləncəli və maraqlı şəkildə izah etmək üçün müəllif bu üsuldan istifadə edib. Kitab iqtisadiyyatı uşaqlar üçün daha əlçatan və maraqlı etmək məqsədi daşıyır. İnvestisiya zooparkında yaşayan tələb və təklif yelləncəkdə oynamağı sevən əkizlərdir. Onlar dayanmadan yellənirlər: yuxarı, aşağı, yuxarı, aşağı. Sığorta müqaviləsi – üstündə uzanmaq istədiyin xalçaya bənzəyir. Bəli, zoopark belə gülməli və qəribə qəhrəmanlarla doludur. Onların yaşadığı hər macəradan sonra iqtisadçı Rışard Petrunun gələcək maliyyəçilər üçün yazdığı iqtisadi şərhlər təqdim olunur. İqtisadi şərhləri, hətta borc, kəsir və ya iflas kimi dəhşətli məxluqları necə bəyənmək olar? Əgər onlarla Qjeqoj Kasdepkenin və Daniel de Laturun əsərində tanış olursansa, nəinki bəyənmək, hətta qucaqlayıb bağrına da basa bilərsən! Belə çıxır ki, yaxından tanıyanda onlardan ayrılmaq olmur.
Müəllif: Qjeqoj Kasdepke
Nəşriyyat: 3 Alma
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 228
© libraff.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.