
Bakı5
Mühasib
Mühasib
800 ₼
Тексерілді2 апта бұрын
Сипаттама
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: 5/2
Əmək haqqı: 800 AZN
SYF Travel MMC turizm sahəsində fəaliyyət göstərən komandamıza məsuliyyətli, diqqətli və operativ mühasib axtarır.
Əsas vəzifələr:
Şirkətin gündəlik mühasibat əməliyyatlarının aparılması;
Otellər, restoranlar, nəqliyyat şirkətləri və digər tərəfdaşlarla üzləşmələrin (reconciliation) aparılması;
Daxil olan və həyata keçirilən ödənişlərin yoxlanılması və qeydiyyatı;
Maliyyə sənədlərinin hazırlanması və yoxlanılması;
Bank əməliyyatlarının və ödənişlərin izlənilməsi;
Rezervasiyalar üzrə qiymətlərin, ödənişlərin və qalıq borcların yoxlanılması;
Müvafiq maliyyə hesabatlarının və reconciliation cədvəllərinin hazırlanması;
Microsoft Excel, Word və digər ofis proqramları ilə gündəlik işlərin aparılması;
Maliyyə məlumatlarının düzgün və vaxtında sistemə daxil edilməsi.
Tələblər:
Mühasibatlıq üzrə bilik və ya müvafiq iş təcrübəsi;
Microsoft Excel və digər MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
Rəqəmlərlə işləmək bacarığı və detallara yüksək diqqət;
Məsuliyyətli, dəqiq və operativ olmaq;
Komandada və müstəqil işləmək bacarığı;
Azərbaycan dili – mükəmməl;
Rus və ya ingilis dili – yaxşı səviyyədə (ən azı birinin bilinməsi mütləqdir);
Turizm sahəsində iş təcrübəsi üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/191328/muhasib
ЖАРНАМА











