
8
Satış meneceri

Келісімді
Satış meneceri
Талданды1 апта бұрын
Күні
Қаралым8
Нөмір№3544127
Сипаттама
AloPrint komandamıza satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Əgər müştəri bazası formalaşdırmaq, yeni müştərilər cəlb etmək və satış nəticələrini artırmaq sahəsində bacarıqlarınıza güvənirsinizsə, sizi komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
Mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və satışların artırılması;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Telefon, WhatsApp, e-mail və digər kanallar vasitəsilə aktiv satışların həyata keçirilməsi;
Görüşlərin təşkili və müştəri danışıqlarının aparılması;
Satış prosesinin sifarişin tamamlanmasına qədər izlənilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin hesabatının aparılması.
Namizədə tələblər:
Mətbəə, promo məhsullar, reklam və ya çap sahəsində satış üzrə iş təcrübəsi — MÜTLƏQDİR;
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
B2B satış və korporativ müştərilərlə işləmə bacarığı;
Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Yeni müştərilər tapmaq və aktiv satış həyata keçirmək bacarığı;
Nəticəyönümlü və məsuliyyətli yanaşma;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı, Babək pr. 64
İş qrafiki: Tam iş günü ( I - V)
Əmək Haqqı – Müsahibə əsasında
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 01.11.2026
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© Aloprint jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА














