Prayk
Satış meneceri — Satış
Келісімді

Satış meneceri

ТексерілдіБүгін
СанатСату

№6332830·Қаралым: 9

Сипаттама

CarBuy Hub komandamıza avtomobil satışını sevən, ünsiyyətcil, təşəbbüskar və nəticəyönümlü Satış menecerləri axtarırıq! Avtomobil sektorunda karyera qurmaq, müştərilərlə işləmək və satış sahəsində peşəkar inkişaf etmək istəyirsənsə, komandamıza qoşul! Əsas vəzifə öhdəlikləri: Potensial müştərilərin cəlb edilməsi və avtomobillərin təqdim olunması; Müştərilərin ehtiyac və büdcəsinə uyğun avtomobillərin təklif edilməsi; Avtomobillərin texniki və vizual xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsi; Müştərilərlə danışıqların aparılması və satışın həyata keçirilməsi; Avtomobillərin sahibləri ilə əlaqə yaradaraq satış məqsədilə salona yeni avtomobillərin cəlb edilməsi; TikTok platformasında avtomobillərin tanıdılması və satışı məqsədilə canlı yayımların (LIVE) keçirilməsi; Test sürüşlərinin təşkili və müştərilərin müşayiət edilməsi; Sosial şəbəkələrdən və digər kanallardan daxil olan müraciətlərin idarə edilməsi; Namizədə tələblər: Satış sahəsində minimum 1 il iş təcrübəsi; Avtomobil sektorunda təcrübə üstünlükdür; Güclü ünsiyyət və təqdimat bacarıqları; Danışıqlar aparmaq və satış bağlamaq qabiliyyəti; Kamera qarşısında sərbəst danışmaq və canlı yayım aparmaq bacarığı; Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq; Müştəriyönümlü yanaşma və məsuliyyətlilik; B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi. Qeyd: Vakansiya həm xanım, həm də bəy namizədlər üçün açıqdır. Biz nə təklif edirik? Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Nəticəyönümlü və motivasiyaedici iş mühiti. İş şərtləri: İş ünvanı: Bakı şəhəri, Yeni Günəşli, Abbas Fətullayev küçəsi İş qrafiki: 6 günlük iş həftəsi (iş saatları: 10:00–19:00) Əməkhaqqı: Müsahibə əsasında CV-nizi mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CarBuy Hub komandasında yerini al və bizimlə birlikdə uğurlu satışlara imza at! Son müraciət tarixi: 24.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/carbuy-satis-meneceri-156839
ЖАРНАМА