Prayk
SMM Mobiloqraf — Marketing, reklam, PR
Келісімді

SMM Mobiloqraf

ТексерілдіБүгін
Күні
Қаралым
11
Нөмір
№5962874

Сипаттама

Vəzifə haqqında Alliance Clinic sosial media səhifələri üçün mobil telefonla keyfiyyətli video çəkən, montaj edən və yaradıcı kontent hazırlayan mobiloqraf axtarır. Vəzifə öhdəlikləri: Həkim təqdimatları, müsahibələr, xidmət və klinikanın gündəlik fəaliyyəti haqqında videolar çəkmək; Instagram Reels, TikTok və Story formatlarına uyğun kontent hazırlamaq; Çəkiliş ideyaları və qısa ssenarilər hazırlamaq, çəkilişləri SMM məsulu ilə planlaşdırmaq; Videoları montaj etmək, subtitr, musiqi və uyğun vizual keçidlər əlavə etmək; Mobil çəkiliş zamanı işıq, səs və kompozisiyanı düzgün qurmaq; Hazır materialları vaxtında təhvil vermək və çəkiliş arxivini səliqəli saxlamaq; Pasiyent çəkilişlərində razılıq və məxfilik qaydalarına riayət etmək. Namizədə tələblər: Mobiloqrafiya və ya video çəkilişi sahəsində minimum 3 il iş təcrübəsi; Mobil telefonla peşəkar çəkiliş və montaj bacarığı; CapCut, VN və ya digər uyğun montaj proqramları ilə sərbəst işləmək; Sosial media formatlarını və aktual video trendlərini tanımaq; Azərbaycan dilində düzgün subtitr hazırlamaq bacarığı; Yaradıcılıq, məsuliyyət, operativlik və komanda ilə işləmək bacarığı; Tibbi mövzuda kontent hazırlamış və rus dili bilən namizədlərə üstünlük verilir. CV-nizi və çəkdiyiniz videolardan nümunələri 050 400 07 88 nömrəsinə WhatsApp vasitəsilə “Assist Group — Mobiloqraf” qeydi ilə göndərin. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 14.12.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Alliance Clinic jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА
WhatsApp