Prayk
Aparıcı Mühasib — Maliyyə
1 500 ₼

Aparıcı Mühasib

ТекшерилдиБүгүн
Категория
Каржы
Күнү
Көрүүлөр
15
Номери
№4981872

Сүрөттөмө

Əsas Tələblər: Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə); İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) və ACCA F3 (Financial Accounting) sertifikatlarının olması mütləqdir (ACCA F7 arzuolunandır); Proqram bilikləri: 1C proqramını əla səviyyədə bilmək, MS Excel proqramı ilə mükəmməl işləmək bacarığı; Şəxsi keyfiyyətlər: Tapşırıqların icrasında yüksək dəqiqlik, məsuliyyətlilik, etibarlılıq və konfidensiallığın qorunması. Vəzifə Öhdəlikləri: İlkin mühasibat sənədlərinin, e-qaimələrin və elektron vergi hesab-fakturalarının düzgün tərtib edilməsi və 1C proqramına vaxtında daxil edilməsi; Bank köçürmələrinin (yerli və xarici), kassa əməliyyatlarının icra olunması və gündəlik uçotunun aparılması; Debitor və kreditorlarla qarşılıqlı hesablaşmalara nəzarət edilməsi, üzləşmə aktlarının tərtibi və bağlanması; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Daxili maliyyə nəzarətinin gücləndirilməsi, maliyyə risklərinin müəyyən edilməsi və uyğunsuzluqların aradan qaldırılması; Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi; Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması; Material və mal qalıqlarının, anbar hərəkətlərinin 1C proqramında dəqiq uçotunun aparılması və dövri inventarizasiyada iştirak; Əlavə məlumat: Əmək haqqı: 1500 - 1800 AZN; İş vaxtı: 09:00 - 18:00; İstirahət günləri: Şənbə və bazar; Peşəkar komandada inkişaf və karyera imkanları Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aparıcı Mühasib) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur Maaş: 1500 AZN Son müraciət tarixi: 22.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/crystal-accfin-mmc-aparici-muhasib-154446
РЕКЛАМА