Prayk

Konsept memar- Dizayner (3D)

2 000 ₼
Текшерилди4 апта мурун
Шаар
Bakı
Категория
Дизайн
Күнү
Көрүүлөр
2
Номери
№2154493

Сүрөттөмө

İş mühiti və şərtlər: Tam ştat İş saatları: 09:00 – 18:00 Nahar fasiləsi: 13:00 – 14:00 2 ay sınaq müddəti Ofis: Elmlər Akademiyası metrosu, Bakımetrolayihə institutu. Əmək haqqı rəqabətli bazara uyğun olaraq namizədin peşəkar səviyyəsinə uyğun olaraq müəyyən edilir. Müraciət zamanı: CV Portfolio (PDF və ya keçid) Əmək haqqı gözləntisi təqdim olunmalıdır. Portfolio və əmək haqqı gözləntisi qeyd olunmayan müraciətlər nəzərdən keçirilməyəcək. Müraciət qaydası: Namizədlər aktual CV və portfolio-larını aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim etməlidirlər. Müraciət zamanı əmək haqqı gözləntisinin qeyd olunması xahiş olunur. E-mail: [email protected] Vəzifə öhdəlikləri: Yüksək estetik və texniki standartlara əsaslanan memarlıq layihələri üzərində çalışan komandamıza konseptual düşüncə qabiliyyətinə malik, güclü vizual və analitik bacarıqları olan Konsept Memar axtarırıq. Bu mövqe ideyanın ilkin eskiz mərhələsindən real memarlıq həllinə qədər olan prosesdə aktiv və məsuliyyətli iştirak tələb edir. Vəzifə öhdəlikləri: Layihə obyektində ölçülərin götürülməsi və mövcud vəziyyətin dəqiq analiz edilməsi Layihənin Archicad və ya Revit proqramında 3D modellənməsi Aparıcı memarla birlikdə ictimai və fərdi məkanlar üzrə dizayn layihələrinin hazırlanması Aparıcı memar tərəfindən təqdim edilən eskiz və ilkin konsepsiyaların real vəziyyətə uyğun olaraq Archicad ( və ya Revit) və 3ds Max proqramlarında 3D modellənməsi Modellənmiş obyektlərin interyer və eksteryer vizualizasiyasının hazırlanması Layihə üzrə plan, kəsik, fasad və təqdimat materiallarının hazırlanması Tələblər Təhsil : Ali Yaş : 18 - 65 Memarlıq və ya müvafiq sahə üzrə ali təhsil Memarlıq / tikinti sahəsində praktik iş təcrübəsi Güclü məkan təfəkkürü və texniki analiz bacarığı Yüksək estetik zövq və konseptual düşünmə qabiliyyəti Komanda mühitində effektiv kommunikasiya Sıx qrafik və paralel layihələrdə işləmə təcrübəsi Özünü davamlı inkişaf etdirən, yeni texnologiyalara açıq yanaşma Dil bilikləri: Rus dili – orta səviyyə İngilis dili – orta səviyyə Azərbaycan dili - yüksək səviyyə Texniki bacarıqlar: Archicad və ya Revit SketchUp və ya Rhino 3ds Max Corona, V-Ray və ya D5 Render BIM düşüncə tərzi və strukturlaşdırılmış iş sistemi üstünlük hesab olunur.
РЕКЛАМА