Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində, stadion tərəfdə yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, sahəsi 69 kv.m olan təmirli, kupçalı, əşyalı 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzildə işıq və su daimidir. Qaz xətləri çəkilib, sayğaclar quraşdırılıb. Yaxın zamanda kompleksə qazın verilməsi nəzərdə tutulur.
Ərazi baxımından çox əlverişli yerdə yerləşir. Yaxınlığında məktəb, bağça, stadion, park, supermarketlər və digər zəruri iaşə obyektləri mövcuddur.
Qiyməti 75 000 manatdır. Real alıcı üçün endirim mümkündür.