Təcili satılır! Kupçalı və ipotekaya yararlı mənzil!
H. Zərdabi prospektində, 20 Yanvar və İnşaatçılar metrolarının yaxınlığında, Performance Center-in yanında yerləşən mənzil satılır. Binaya Tbilisi prospektindən giriş və çıxış mövcuddur.
Mənzil 20 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşir. 2 otaq studio tipli mənzilin sahəsi 50 m²-dir. Mənzilin üstü yaşayışdır.
Mənzil təmirlidir. Kombi istilik sistemi və kondisioner mövcuddur. Qaz, su və işıq daimidir. Mətbəx mebeli, yataq dəsti, soyuducu, paltaryuyan, televizor, kondisioner və digər məişət əşyaları mənzildə qalır.
Binada 3 mərtəbəli yeraltı qaraj, həyətində uşaq bağçası, market, gözəllik salonu və restoranlar mövcuddur. Ətrafda mağaza, aptek və digər zəruri obyektlər yerləşir.
Sənədi kupçadır, ipotekaya yararlıdır.
Ofis haqqı: 1%.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Yasamal ray., Yasamal qəs., 20 Yanvar m/st