Elmlər Akademiyası metrosunun yaxınlığında 2 otaqlı mənzil satılır
Bakı şəhəri, Hüseyn Cavid prospektində, Space TV-nin yanında yerləşən 5 mərtəbəli Minsk layihəli binanın 4-cü mərtəbəsində 2 otaqlı mənzil satılır.
Mənzilin ümumi sahəsi 70 kv.m, çıxarışda (kupçada) isə 45 kv.m göstərilib. Mənzil qanuni 2 otaqlıdır.
Bina çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda Elmlər Akademiyası metrosu, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, 225 nömrəli məktəb və Hüseyn Cavid Parkı yerləşir.
Qaz, su və işıq daimidir. İstilik sistemi kombidir, isti su sistemi də mövcuddur. Mənzilin təmirində keyfiyyətli və bahalı materiallardan istifadə olunub.
Mənzil qismən əşyalı satılır. Sənədi çıxarışdır (kupça).
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Yasamal ray., Elmlər Akademiyası m/st