Xırdalan şəhərinin mərkəzində uzunmüddətli kirayə mənzil
- Bina Xırdalan şəhərinin tam mərkəzində, sakit məhlədə, Heydər Parkının aşağı hissəsində, Masazır dairəsinə yaxın ərazidə yerləşir. Yerləşdiyi mövqeyə görə Xırdalan şəhər mərkəzindəki əsas tıxaclara düşmədən rahat gediş-gəliş imkanı var. Məktəblər, dövlət və özəl uşaq bağçaları piyada məsafəsindədir. 119 və 535 nömrəli marşrutlar isə binanın düz yanından keçir.
- Mənzil 1 otaqdan 2 otağa düzəlmədir. Qonaq və yataq otaqları ayrıdır. İstilik sistemi kombidir. Mətbəx və hamam isti döşəmə ilə təchiz olunub. Qaz, su, işıq və internet daimidir.