Məktəb və bağçaya cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşən, tam infrastrukturlu ərazidə inşa edilmiş ev satılır.
Evin ətrafında şəbəkə marketlər, aptek, iaşə obyektləri və digər gündəlik tələbat üçün zəruri məkanlar mövcuddur. Avtobus dayanacağına da piyada 5 dəqiqəlik məsafədədir.
Ev qəsəbənin ən hündür hissəsində yerləşir. Aprel və may aylarında aramsız yağan güclü yağışlara baxmayaraq, həyətdə və küçədə heç vaxt su qalmır, yağış suları tam şəkildə axıb gedir. İstəyə uyğun olaraq bununla bağlı video da təqdim edə bilərik.
Ev qoşa daşla, qanuni kəmərlə və tikinti normativlərinə tam əməl olunmaqla inşa edilib.
Evin üstünlükləri:
Hamam və tualetdə isti döşəmə sistemi
Hamam və tualet tam aksesuarlarla təchiz olunub
Mətbəx mebeli quraşdırılıb
Həyətə istənilən ölçüdə avtomobil rahatlıqla daxil ola bilir
Tavanın hündürlüyü 3,2 metrdir
İşıq, su və qaz daimidir
Torpağın və evin çıxarışı (kupçası) mövcuddur
Texniki pasportu var
Sənədləri tam olduğu üçün dövlət ipotekasına yararlıdır
Məktəb və bağçaya 5 dəqiqə
Avtobus dayanacağına 5 dəqiqə
Ətrafda bütün zəruri infrastruktur mövcuddur
Ev həm yaşayış üçün əlverişli yerləşməsi, həm də sənədlərinin tam olması və dövlət ipotekasına yararlı olması ilə seçilir.
Sanuzel: 1
Şərait: istilik sistemi, mühafizə
© Nicat Hebibzade · ev10.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.