Səbail rayonu, elit Port Baku Residence yaşayış kompleksində 3 otaqlı lüks mənzil kirayə verilir.
Mənzil 33 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 120 kv.m-dir.
Mənzil yüksək səviyyədə təmir olunub, otaqlar ayrı-ayrıdır, geniş və işıqlıdır. Mənzildə 2 sanitar qovşağı və 2 duş kabinası mövcuddur. Döşəmə parketdir. Mənzil bütün mebel və məişət avadanlıqları ilə təmin olunub: yataq və qonaq dəsti, qarderob otağı, bar masalı müasir mətbəx.
Rahat yaşayış üçün KATV, yüksək sürətli Wi-Fi internet, plazma televizor, mərkəzləşdirilmiş istilik və kondisioner sistemi mövcuddur.
Kompleksin daxilində fitness zalı, hovuz, sauna, SPA mərkəzi, əyləncə mərkəzi, 24/7 mühafizə xidməti və premium yaşayış üçün bütün şərait mövcuddur. Prestijli və komfortlu yaşayış üçün ideal seçimdir.