Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində, Həzi Aslanov metrostansiyasının yaxınlığında 3 otaqlı mənzil satılır.
Ümumi sahəsi 104 kv.m olan mənzil 12 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Mənzil təmirlidir, otaqları geniş, işıqlı və yelçəkəndir. Bütün otaqların və mətbəxin pəncərəsi var.
Qaz, su, işıq, istilik və internet daimidir. Mənzildə bəzi əşyalar qarşılıqlı razılaşma əsasında qala bilər.
Bina əlverişli ərazidə yerləşir. Gənclər Parkına və Həzi Aslanov metrostansiyasına piyada qısa müddətdə çatmaq mümkündür. Ətrafda məktəblər, uşaq bağçaları, marketlər və digər iaşə obyektləri fəaliyyət göstərir.
Mənzilin sənədləri tam qaydasındadır. Çıxarışı (kupçası) var və ipotekaya yararlıdır.
Qiymət: 228 000 AZN
Ofisin xidmət haqqı: 1%