Əla ərazidə 3 otaqlı mənzil kirayə verilir!
Mənzil Abbas Səhhət küçəsində, Tibb Universitetinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında yerləşən “Kapitol MTK” yaşayış kompleksindədir. Mərkəzə yaxın yerləşməsi gündəlik yaşayış üçün əlavə rahatlıq yaradır.
Mənzilin ümumi sahəsi 140 kv.m-dir. 14 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir və 3 geniş, işıqlı otaqdan ibarətdir.
Mənzil bütün zəruri mebel və məişət texnikası ilə təmin olunub. İşıq və su daimidir, KTV və Wi-Fi mövcuddur. İstilik sistemi mərkəzidir və isti döşəmə ilə təchiz olunub.
Bina təmiz və baxımlıdır. 3 sürətli lift, 24/7 mühafizə və nəzarət sistemi fəaliyyət göstərir. Yeraltı avtomobil dayanacağı da mövcuddur.
Aylıq kirayə haqqı: 1 000 AZN
Ofisin xidmət haqqı: 30%