
Bakı3
35 kV Yarımstansiya dispetçeri

По договорённости
35 kV Yarımstansiya dispetçeri
КопияСегодня
Описание
35 kV yarımstansiyanın və elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işinə nəzarət etmək;Gərginlik, cərəyan, yük və temperatur göstəricilərini izləmək və qeydə almaq;Güc transformatorlarının, paylayıcı qurğuların və rele mühafizə sistemlərinin vəziyyətinə nəzarət etmək;Təsdiq edilmiş qaydalar və səlahiyyətlər çərçivəsində operativ qoşma və açma əməliyyatlarını yerinə yetirmək;Qəza və nasazlıq hallarında müvafiq təlimatlara uyğun tədbirlər görmək;Təmir və texniki xidmət işlərinin təşkilində iştirak etmək;Növbənin təhvil-təslim prosesini və operativ sənədləşməni təmin etmək;Layihənin tikinti, sınaq və işə salma mərhələlərində iştirak etmək;Elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;Baş energetik və aidiyyəti texniki heyətlə koordinasiyalı işləmək.
Tələblər:
Elektroenergetika, elektrik mühəndisliyi və ya əlaqəli sahədə ali və ya orta ixtisas təhsili;Yüksək gərginlikli yarımstansiyalarda minimum 3 il iş təcrübəsi;35 kV yarımstansiyaların, transformatorların və paylayıcı qurğuların iş prinsipləri üzrə biliklər;Elektrik sxemlərini və operativ sənədləri oxumaq bacarığı;Rele mühafizəsi və elektrik təhlükəsizliyi üzrə biliklər;Müvafiq elektrik təhlükəsizliyi üzrə ixtisas və səlahiyyət sənədlərinin olması;Növbəli iş rejimində işləyə bilməli;
Vakansiya növü: Tam ştat
Şirkət: Grand-Agro MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/grandagro/grandagro-35-kv-yarimstansiya-dispetceri-76366860/apply
РЕКЛАМА







