Bu ev şəxsi evimdir, özüm tikdirmişəm. 2006-cı ildə inşa olunub, 3 daş kürsülüdür. 2 mərtəbəlidir və sonadək qoşa daşla hörülüb, heç bir çat və ya problem olmayıb. Ümumi sahəsi təxminən 3 sotdur. 1-ci və 2-ci mərtəbələrin giriş-çıxışı ayrıdır, böyük ailə üçün çox əlverişlidir. Evin alt hissəsi qaraj kimi nəzərdə tutulub. Həyəti arxa hissədədir.
İmkan olmadığından həyətdə bəzək-düzək işləri görülməyib və çıxarış (kupça) alınmayıb. Bu səbəbdən evi real dəyərindən ucuz satıram. Paket kupça (çıxarış) almaq mümkündür — qonşularımın çoxunda var, hətta ötən il alanlar da olub. Məsələni araşdırmışam: bir az vaxt və az məbləğ tələb olunur. Bütün bunları nəzərə alaraq qiyməti bu şəkildə qoymuşam və ehtiyac səbəbindən təcili satıram.
Xahiş olunur, yalnız real alıcılar əlaqə saxlasın.