Xətai rayonu, NZS qəsəbəsində, Xəzər TV-nin arxasında yeni tikili həyət evi satışa təqdim olunur.
Ev Ağ Şəhər bulvarına, Xalqlar Dostluğu və Neftçilər metrostansiyalarına təxminən 10–12 dəqiqəlik məsafədə yerləşir. Babək və Nobel prospektlərinə rahat çıxış imkanı var.
Ev 4 geniş otaq, böyük mətbəx və hamam-sanitar qovşağından ibarətdir. İstilik sistemi kombidir. Tikintidə qoşa daşdan istifadə olunub və kəmərlər atılıb. Ev hündür və kürsülüdür.
Qaz, su, işıq və internet daimidir.
Ərazi yaşayış üçün əlverişlidir. Yaxınlıqda məktəb, market və digər iaşə və xidmət obyektləri mövcuddur. Məhəllə genişdir və evin qapısına qədər asfalt yol çəkilib. Avtobus xətti evdən təxminən 30 metr məsafədən keçir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.