Xaçmaz rayonu, Niyazoba kəndində, 17 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi həyət evi satılır. Ev şəxsi istifadə üçün tikilib, rahat yaşayış üçün bütün zəruri şəraitlə təmin olunub. Kombi istilik sistemi mövcuddur, qaz, su və işıq daimidir.
Evin birinci mərtəbəsində 75 kv.m sahədə geniş studiya tipli qonaq otağı, 1 yataq otağı və sanitar qovşaq yerləşir. İkinci mərtəbədə ümumi sahəsi 65 kv.m olan 3 yataq otağı var. Bundan əlavə, qarajın üzərində 25 kv.m-lik otaq və 10 kv.m balkon mövcuddur.
Geniş həyətdə yay mətbəxi, duş və sauna yerləşir. Həyət tamet daşlarla döşənib, müxtəlif növ bar verən meyvə və fındıq ağacları, həmçinin dekorativ qızılgüllərlə yaşıllaşdırılıb.
Ev dənizə təxminən 15 dəqiqəlik piyada məsafəsində yerləşir. Yaxınlıqda Qardaşlar Market fəaliyyət göstərir, Alikas otelinə isə 5 dəqiqəlik piyada yoldur. Ərazi gözəl təbiəti və sakit mühiti ilə seçilir.
Ev mebel və məişət əşyalarının böyük hissəsi ilə birlikdə satılır. Yalnız bəzi şəxsi və xırda əşyalar götürüləcək. Əmlakın çıxarışı (kupça) mövcuddur.
Ev birbaşa sahibi tərəfindən satılır. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
© Fəxriyyə x. · evv.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.