Ev təmiri, tikinti, montaj və usta işləri üçün praktik 5-li elektrik alətləri dəsti. Bir dəstdə gündəlik təmir və montaj işlərində ən çox istifadə olunan əsas alətlər toplanıb.
Dəstə perforator, akkumulyatorlu şurupvuran/drel, elektrik lobzik, bucaq cilalayıcı (bolqar) və plastik boru qaynaq aparatı daxildir. Həm ev istifadəsi, həm də usta və təmir işləri üçün uyğun seçimdir.
Dəstə daxildir
Perforator / zərbəli drel – beton, daş və digər səthlərdə deşmə işləri üçün
Akkumulyatorlu şurupvuran – vint açma-bağlama və deşmə işləri üçün
Elektrik lobzik – taxta və uyğun materialların kəsilməsi üçün
Bucaq cilalayıcı (bolqar) – metal kəsmə, yonma və cilalama işləri üçün
PPR plastik boru qaynaq aparatı – plastik boruların birləşdirilməsi üçün
Alətlər üçün çemodan və əlavə başlıqlar/aksesuarlar