Saray qəsəbəsində, əsas magistralın kənarında 3 sot ərazidə yerləşən, 230 kv.m sahəsi olan yeni tikili 5 otaqlı ev satılır. Sumqayıt, Novxanı və Masazıra təxminən 10, Bakıya isə 25 dəqiqəlik məsafədədir.
Ev 2 sanitar qovşaq, kondisioner, isti döşəmə, kombi, mebel, daimi qaz, su, işıq və kanalizasiya, həmçinin xarici kamera sistemi ilə tam təchiz olunub. Mərtəbələrarası və dam örtüyü beton monolitdir, divarlar qoşa daşla tikilib. Həyət avtomatik darvaza ilə təchiz olunub.
Torpaq xüsusi mülkiyyətdir. Ev yaşayışa tam hazır vəziyyətdədir və xüsusi interyer-eksteryer dizaynla inşa olunub. Real şəkil və video WhatsApp vasitəsilə göndərilir. Real alıcılara və ailə ilə baxışa gələnlərə xüsusi endirim mümkündür.
Elan növü: Satılır
Əmlak növü: Villa
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Abşeron, Saray qəs.