Prayk
Anbar Meneceri — Nəqliyyat, logistika, anbar, Sumqayıt
По договорённости

Anbar Meneceri

ПроанализированоВчера
Город
Sumqayıt
Дата
Просмотры
8
Номер
№4702719

Описание

İş haqqında məlumat: Şirkət: “VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC)Vəzifə öhdəlikləri:Material qiymətlilərinin (yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s.) müəssisədaxili prosedurlara uyğun qəbulunu, saxlanılmasını və anbardan buraxılmasını təmin etmək və nəzarətdə saxlamaq;Mədaxil, saxlama və məxaric sənədlərinin həm ERP sistemində, həm də kağız formada qaydalara uyğun rəsmiləşdirilməsini təmin etmək və buna nəzarət etmək;Qəbul edilən qiymətlilərin müşayiətedici sənədlərə uyğunluğuna və sifarişlər üzrə komplektləşdirilməsinə nəzarət etmək;Minimal anbar qalıqlarını (yenidən sifariş nöqtələrini) müəyyən etmək və ehtiyatların bu səviyyədən aşağı düşməməsini təmin etmək;Anbarda SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək; yanğınsöndürmə ləvazimatlarının, yanğından mühafizə sisteminin, avadanlıq və inventarın saz vəziyyətinə və vaxtında təmirinə nəzarət etmək;Yükləmə-boşaltma və yerləşdirmə işlərini təşkil etmək və onlara nəzarət etmək;Aylıq sayımların aparılmasını və aktlaşdırılmasını təmin etmək;Daxili əmrlərə əsasən əmtəə-maddi sərvətlərin inventarizasiyasında iştirak etmək;Nasaz alətlər və cihazlar üzrə qüsur cədvəllərinin, onların təmiri və silinməsi, həmçinin materialların çatışmazlığı və korlanması barədə aktların düzgün tərtibinə nəzarət etmək;Anbar işçilərinə rəhbərlik etmək, onların səriştəsini mütəmadi qiymətləndirmək və inkişafı üçün tədbirlər görmək;Anbar əməliyyatlarının düzgün və səmərəli idarə olunması üçün prosedur və qaydaları hazırlamaq;Şirkət rəhbərliyinə mütəmadi olaraq hesabatlar və səmərələşdirici təkliflər təqdim etmək. Tələblər: Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür);Müvafiq sahədə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;ERP sistemlərində (1C, Logo Tiger, Odoo və s.) iş təcrübəsi;Anbar biznes proseslərini və prosedur qaydalarını tərtib etmək bacarığı;Effektiv qərarvermə bacarığı;Komanda idarəetməsi, heyəti motivasiya etmək və idarə etmək bacarığı;Fərdi və komanda şəklində səmərəli işləmək, ünsiyyət və planlama bacarıqları;Diqqətlilik, məsuliyyətlilik və operativlik.İş şəraiti:5 günlük iş qrafiki;İş yeri: Sumqayıt şəhəri;Könüllü tibbi sığorta;Korporativ nömrə;Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 30/10/2026
РЕКЛАМА