İş qrafiki: həftədə 5 gün, 09:00–19:00
Əməkhaqqı: 600-700 AZN (təcrübəyə uyğun)
İş yeri: Marka.az
Zəhmət olmasa CV-lərinizi qeyd olunan elektron poçt adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Anbardar” qeyd etməyi unutmayın.
• 1C proqramında işləmə bacarığı olan namizədlərə üstünlük verilir.
• Excel proqramında işləmək bacarığı.
• Anbar uçotu və mal-material hərəkəti üzrə biliklər.
• İstehsalatda istifadə olunan materialların sərfiyyat uçotunu aparmaq bacarığı.
• Məsuliyyətli, diqqətli və dəqiq olmaq.
• Komanda ilə işləmək və hesabat hazırlamaq bacarığı.
1. Yüklərin anbara qəbulu və anbardan çıxan mal-materialların qeydiyyatının aparılması və hərəkətinə nəzarət edilməsi .
2. Anbarda olan malların sayımına nəzarət edilməsi, faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunun yoxlanılması .
3. İstehsalata verilən xammal və materialların, eləcə də istehsalatda istifadə olunan məhsulların sərfiyyatının qeydiyyata alınması .
4. İstehsalatdan anbara qaytarılan materialların və təhvil verilən hazır məhsulların uçotunun aparılması .
5. Anbarda çatışmayan materialların müəyyən edilməsi və satınalma üçün təchizat şöbəsinə məlumat verilməsi .
6. Müştərilərə göndərilən hazır məhsulların sayının yoxlanılması və qaimələrin hazırlanması.
7. Gündəlik, həftəlik və aylıq mal-material qalıqları üzrə hesabatların hazırlanması.
8. Anbar daxilində məhsulların düzgün yerləşdirilməsinə və saxlanılmasına nəzarət
9. yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə edilməsi.
Əmək haqqı: 600-700 AZN