Prayk

Anbardar tələb olunur

1 500 ₼
Проверено2 нед. назад
Город
Bakı
Дата
Просмотры
8
Номер
№3765385

Описание

"Az Protein Foods Group" MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Namizədə Tələblər: •Ali təhsil •Qida sahəsində ən az 3 il anbar təcrübəsi olmalı •Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək •1C proqramında anbar modulunda işləmək •Müəssisə Buzovna qəsəbəsində yerləşir. Vəzifə öhdəlikləri: - Xidmət sahəsində yük daşınmaları, yükün, xammalın, mal materialın anbara qəbulu və oradan təhvil verilməsini təmin etmək; - Anbarda olan yüklərin siyahısını tərtib etmək: - Xammal və mal materialları anbara qəbul edərkən, faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq; - Xammal və mal materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək; - Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malı anbara qəbul etmək və anbarda malların qabaqcadan komplektləşdirilməsini təşkil etmək; - Malın göndərilməsi barədə Əl terminalı və kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq; - Malın qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq; - Anbara Malları təhvil almaq və malları təhvil vermək; - Malı təhvil alarkən malın qaiməsi ilə mala aid göstəriciləri üzləşdirmək; - Malın qablaşdırmasına diqqət etmək; - Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək; - Zəruri hallarda – malların sənədləşməsində çatışmamazlıq, say və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malın xarab olması hallarında malın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək; - Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru, Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək; - «Təhlükəli mallar»ın, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək; - Malı anbara qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə malın qəbulunun təsdiqləmək; - Anbara qəbul edilmiş mallar barəsində sənədləri Mühasibatlıq şöbəsinin əməkdaşlarına vermək; - Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək; - Anbarların təyin edilən günlərdə inventarizasiya-sayımını keçirtmək. Əmək haqqı: 1500 manat + mükafat İş qrafiki: 6 günlük. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur. Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Fəaliyyət sahəsi: Nəqliyyat, logistika, anbar İxtisas: Anbardar Şirkət növü: Birbaşa işəgötürən İş qrafiki: Tam İş təcrübəsi: 3 ildən 5 ilə qədər Təhsil: Orta İş yerinin ünvanı: Buzovna qəs.

Источник объявления

Открыть оригинал объявления

© Az Protein Foods Group azjob.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА