Prayk

B2B Satış Meneceri

1 000 ₼
Проверено1 мес. назад
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
4
Номер
№2818129

Описание

Digital Classifieds şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına, dəstəklənməsinə və inkişafına yönəlib. Bunlar avtomobillərin, daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az. Tap.az Azərbaycanda alqı-satqı üçün aparıcı onlayn platformadır və aylıq təxminən 2.0 milyon istifadəçiyə çatır. B2B istiqamətimizi böyütdüyümüz üçün komandamıza nəticəyönümlü B2B Satış Meneceri axtarırıq. Sizdən nə gözləyirik • B2B xidmətlərinin satışı: rəqəmsal məhsullar, reklam, analitika; • SME və SoHo seqmentlərində satış “qıf”ının qurulması və idarə edilməsi; • Yeni müştərilərin cəlbi və mövcud tərəfdaşlarla satışların artırılması (upsell/cross-sell); • Orta müqavilə məbləğinin yüksəldilməsi və satış hədəflərinə çatmaq; • Müştəri rəylərini toplamaq və məhsulun inkişafına töhfə vermək. Biz nə təklif edirik • Sabit əmək haqqı: 1,000 AZN net; • Limitsiz bonus sistemi (nəticəyə görə); • İş yeri və avadanlıq təminatı; • Onboarding proqramı və mentor dəstəyi; • Sınaq müddətindən sonra tibbi sığorta və əməkdaşın effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi; • Bakı ofisində parkinq yeri. • Təsdiqlənmiş B2B satış təcrübəsi (rəqəmsal/SaaS/reklam üstünlükdür); • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları; • CRM və satış “pipeline” idarəetməsi bacarıqları; • Ali təhsil (bakalavr) — mütləqdir; • Rus dili — üstünlükdür; • Digər dillər — üstünlükdür; • Proaktiv yanaşma və uzunmüddətli müştəri münasibətlərinə fokus. Namizədlərdən CV-lərini 12 Aprel 2026-ci il tarixindən gec olmayaraq elektron poçt ünvanına “B2B Sales tap.az” başlığı ilə göndərmələrini xahiş edirik. Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaq. Əmək haqqı: 1000 AZN
РЕКЛАМА