"TVİM" MMC tikinti və inşaat materiallarının satışı sahəsində fəaliyyət göstərən, geniş məhsul portfelinə malik şirkətdir. Biz komandamıza dinamik, nəticəyönümlü və satış sahəsində karyera qurmaq istəyən peşəkarlar axtarırıq.
Əsas Vəzifə Öhdəlikləri:
B2B Satış Strategiyası: Tikinti materiallarının satışı üçün potensial müştərilərlə (B2B) ilkin əlaqə qurmaq, görüşlər təyin etmək və satış imkanlarını araşdırmaq.
Müştəri Bazası ilə İş: Mövcud müştəri bazasından istifadə etməklə yanaşı, yeni potensial müştəriləri (lead) araşdırmaq və tapmaq.
Görüşlər və Təqdimatlar: Potensial müştərilərlə görüşlər təyin etmək, şirkət məhsullarının peşəkar təqdimatını keçirmək və maraq yaratmaq.
Sistemlərin İdarə Olunması: Gündəlik fəaliyyətləri, müştəri məlumatlarını və satış prosesini CRM və Bitrix24 1C proqramlarında dəqiq şəkildə qeyd etmək gündəlik uçot.
Qiymət təklifi, danışıqlar və müqavilənin bağlanması
Aylıq və illik plan; hesabat dövriyyə, müqavilə sayı və yığım üzrə
Sərgilərdə şirkəti təmsil etmək .
Hədəf və Hesabatlılıq: Müəyyən olunmuş aylıq satış hədəflərinə çatmaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Sənədləşmə: Satış müqavilələrinin bağlanması və satışla bağlı digər rəsmi sənədləşmə işlərini icra etmək.
Namizədə dair Tələblər:
Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi və ya Marketinq arzuolunandır).
Təcrübe: Korporativ satış (B2B) sahəsində minimum 1-2 il təcrübə (Tikinti, sənaye və ya material satışı sahəsi üstünlükdür).
Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (üstünlükdür).
Yumşaq Bacarıqlar (Soft Skills): Aktiv satış , yüksək ünsiyyət və təqdimat bacarığı, inandırma qabiliyyəti və komandada işləmək həvəsi.
Texniki Bacarıqlar: MS Office (xüsusilə Excel), CRM və 1C proqramları ilə işləmək bacarığı.
Üstünlük: Tikinti materialları, mühəndislik və ya texniki məhsullar üzrə layihə əsaslı satış təcrübəsi olanlara üstünlük veriləcək.
İş Şəraiti və Üstünlüklər:
İş Qrafiki: Bazar ertəsi - Şənbə,
Şənbə: Qısaldılmış iş günü
Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarığına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə təyin olunacaq.AR Əmək Məcəlləsinə uyğun təmin edilir.
Bonus Sistemi: Sabit maaşdan əlavə, satış hədəflərinin icrası və yığımlara əsaslanan aydın KPI-lar vasitəsilə bonuslar ödəniləcək.
Nəqliyyat: Biznes məqsədləri (müştəri görüşləri) üçün nəqliyyat təmin edilir.
Sınaq Müddəti: 3 ay.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 06.12.2026
© TVİM · jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.