
Baş Audit

По договорённости
Baş Audit
ПровереноСегодня
Описание
İş haqqında məlumat:
Boranı Restoranlar Şəbəkəsi Baş Audit vakansiyası elan edir.Əsas vəzifə öhdəlikləri:Restoran filiallarının maliyyə və əməliyyat fəaliyyətinin mütəmadi auditinin həyata keçirilməsi;Kassa, POS,bank,nağd pul və digər maliyyə əməliyyatlarının yoxlanılması;Satışların,gəlirlərin və xərclərin uçotunun düzgünlüyünə nəzarət;Anbar,mətbəx və bar üzrə mal-material hərəkətinin və inventarizasiyaların yoxlanılması;Məhsul sərfiyyatı,reseptura,porsiya və faktiki qalıqların uyğunluğunun təhlili;Mal itkisi,israf,uyğunsuzluq və mümkün maliyyə risklərinin müəyyənləşdirilməsi;Filiallarda daxili prosedur və qaydalara əməl olunmasının yoxlanılması;Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılması və aradan qaldırılması üzrə təkliflərin hazırlanması;Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və risklərin minimuma endirilməsi üzrə tədbirlərdə iştirak;Zəruri hallarda planlı və plandankənar filial yoxlamalarının həyata keçirilməsi.
Tələblər:
Sektor təcrübəsi – İaşə obyektlərində minimum 3 il iş təcrübəsi;Təhsil - Maliyyə, audit, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;Sistem bilikləri - Restoran idarəetmə sistemləri (iiko və ya r-keeper), həmçinin 1C proqramında mükəmməl işləmək bacarığı;Məlumat analizi - MS Excel proqramını yüksək səviyyədə bilmək,güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;İdarəetmə bacarığı - Güclü ünsiyyət və komandada işləmə bacarığı;Dil biliyi - Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, əcnəbi dil biliyi üstünlükdür.İş şəraiti və təminatlarMüasir və korporativ iş mühiti, peşəkar komanda;Nahar yeməyi; Restoran daxilində 200 AZN məbləğində şəxsi ödənməz;Korporativ nömrə;İş rejimi - 6 günlük (I-V günlər 09:00-17:00, VI gün 09:00-14:00);Əmək haqqı: Müsahibə əsasında
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 12/10/2026
Похожие объявления






По договорённости
Pərakəndə Kredit Məhsullarının İdarəedilməsi üzrə Mütəxəssis/aparıcı/baş mütəxəssis – Məhsul İdarəetməsi Departamenti
BakıСегодня 12:16









