Prayk
Baş Mühasib — Maliyyə, Bakı
1 000 ₼

Baş Mühasib

Проверено2 мес. назад
Город
Bakı
Категория
Финансы
Дата
Просмотры
8
Номер
№2139073

Описание

Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir. Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir. Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma. Tələblər: * Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; * Baş mühasib və ya maliyyəçi vəzifəsində minimum 3–5 il iş təcrübəsi; * Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək; * Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı; * Microsoft Excel və internet bankçılıq proqramlarında işləmək bacarığı; * Maliyyə hesabatları, büdcələşdirmə və pul axınının idarə edilməsi üzrə təcrübə; * Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət; * Sənədlərlə sistemli işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı; * Komandada işləmək və rəhbərliyə düzgün hesabat təqdim etmək bacarığı; * PMS sertifikatının olması üstünlükdür. Vəzifə öhdəlikləri: * Mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması; * İlkin mühasibat sənədlərinin yoxlanılması və uçota alınması; * Bank, kassa, alış, satış, idxal və anbar əməliyyatlarının uçotunun aparılması; * Elektron qaimə-fakturaların, hesab-fakturaların və təhvil-təslim aktlarının hazırlanması; * ƏDV, mənfəət, gəlir, əmlak, torpaq və digər vergilər üzrə hesabatların hazırlanaraq təqdim edilməsi; * DSMF, statistika, məşğulluq və digər dövlət qurumlarına hesabatların təqdim olunması; * Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması; * İşçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanmasına nəzarət; * Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması; * Müştəri və təchizatçılarla hesablaşmalara nəzarət; * Bank ödənişlərinin və internet bankçılıq əməliyyatlarının həyata keçirilməsi; * Müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması; * İdxal əməliyyatlarının, gömrük sənədlərinin və malların maya dəyərinin uçotu; * Əsas vəsaitlərin, inventarların və materialların uçotunun aparılması; * Anbar qalıqlarına və inventarizasiya prosesinə nəzarət; * Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; * Pul vəsaitlərinin hərəkəti üzrə hesabatın hazırlanması və nəzarətdə saxlanılması; * Şirkətin gəlir və xərclərinin təhlil edilməsi; * Büdcənin və maliyyə planının hazırlanması, faktiki nəticələrin büdcə ilə müqayisəsi; * Layihələr və fəaliyyət istiqamətləri üzrə gəlirlilik və rentabellik hesablamalarının aparılması; * Məhsul və xidmətlərin maya dəyərinin hesablanması; * Şirkətin ödəniş planının və pul axınının idarə edilməsi; * Maliyyə risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim olunması; * Rəhbərlik üçün maliyyə göstəriciləri və idarəetmə hesabatlarının hazırlanması; * Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması; * Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi; * Mühasibat və maliyyə proseslərinin təkmilləşdirilməsi. Maaş: 1000-1500 AZN Yaş: 30-60 Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq

Источник объявления

Открыть оригинал объявления

© Buta Park boss.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp