Prayk
Baş əməliyyatlar meneceri (Head of Operations) — HR, kadr
По договорённости

Baş əməliyyatlar meneceri (Head of Operations)

ПровереноВчера
Категория
HR, кадры
Дата
Просмотры
19
Номер
№6196045

Описание

İş yeri: Bakı şəhəri Vəzifənin əsas məqsədi Şirkətin reklam fəaliyyəti sahəsində gündəlik əməliyyat fəaliyyətinin koordinasiyasını həyata keçirmək, müxtəlif struktur və əməkdaşlar arasında operativ əlaqəni təmin etmək, yaranan təşkilati, texniki və inzibati məsələlərin həllində birbaşa iştirak etmək, şirkətin fəaliyyətinin fasiləsiz və səmərəli təşkilinə dəstək göstərmək. Əsas vəzifə və öhdəliklər Şirkətin reklam sahəsində gündəlik fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi və əməliyyat proseslərinin koordinasiyası; Mövcud və potensial müştərilərlə görüşlərin keçirilməsi, işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Müştərilərin müraciət və tələblərinin araşdırılması, müvafiq həll yollarının təklif edilməsi; Texniki heyətlə mütəmadi əlaqənin saxlanılması, işlərin gedişinə nəzarət və texniki məsələlərin koordinasiyası; Şirkətə məxsus reklam konstruksiyalarının və digər obyektlərin yerləşdiyi ərazilərdə yaranan problemlərin yerində araşdırılması və həllinin təşkili; Müvafiq dövlət qurumlarının, yerli icra strukturlarının və digər aidiyyəti təşkilatların nümayəndələri ilə işgüzar görüşlərin keçirilməsi, yaranan məsələlərin həlli istiqamətində danışıqların aparılması; Şirkətin müxtəlif şöbələri və əməkdaşları arasında koordinasiyanın təmin edilməsi; Fəaliyyət zamanı meydana çıxan təşkilati, inzibati və əməliyyat problemlərinin operativ həlli; Rəhbərliyin tapşırıqlarının icrasının təmin edilməsi və görülmüş işlər barədə mütəmadi hesabatların təqdim olunması. Namizədə tələblər Ali təhsil; İdarəetmə, əməliyyatların təşkili, satış və ya əlaqəli sahələrdə iş təcrübəsi; Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı; Təşəbbüskarlıq, operativ qərarvermə və problem həll etmə qabiliyyəti; Təşkilatçılıq və koordinasiya bacarığı; Müxtəlif səviyyəli şəxslərlə, müştərilərlə və dövlət qurumlarının nümayəndələri ilə effektiv ünsiyyət qurmaq bacarığı; Kompüter və ofis proqramlarından istifadə bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti; Rus və ingilis dillərini bilmək üstünlükdür; Sürücülük vəsiqəsi və avtomobil idarəetmə təcrübəsi arzuolunandır. Şəxsi keyfiyyətlər Yüksək məsuliyyət və intizam; Aktiv, enerjili və təşəbbüskar olmaq; Çevik düşünmə və müstəqil qərarvermə qabiliyyəti; Çətin situasiyalarda soyuqqanlı davranmaq; Nəticəyönümlülük və işə sahiblik hissi; Geniş dünyagörüşü və güclü kommunikasiya bacarığı. İş şəraiti Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək; İş fəaliyyəti həm ofisdə, həm də şəhər ərazisində müxtəlif obyektlərdə həyata keçiriləcək. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.12.2026

Источник объявления

Открыть оригинал объявления

© ADV Production jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp