Prayk

Baş mühasib

По договорённости
Проверено5 дн. назад
Город
Tərtər
Категория
Финансы
Дата
Номер
№2893414

Описание

İş barədə məlumat - Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək; - Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq; - Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək; - Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi; - Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi; - Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması; - ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi. - Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; - Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək; - Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək; Namizədə tələblər - Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə) PMS sertifikatı vacibdir; - İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi - Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır; - 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir; İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı; - Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli; Şəhər: Tərtər Yaş: 25 - 50 yaş Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq Əlaqədar şəxs: Vüsal bəy Əmək haqqı: 2700 - 3000 AZN

Похожие объявления

Baş Audit
По договорённости

Baş Audit


26.09.2026
Mühasib — Bakı
По договорённости

Mühasib


Bakı24.09.2026
Mühasib
По договорённости

Mühasib


24.09.2026
Mühasib
По договорённости

Mühasib


23.09.2026
Mühasib
По договорённости

Mühasib


21.09.2026