
Bakı1
Baş mühasib
Baş mühasib
2 300 ₼
ПровереноСегодня
Описание
Mühasibat və vergi xidmətləri göstərən komandamıza istehsalat uçotu üzrə təcrübəli Baş mühasib axtarırıq.
Əsas vəzifələr:
Mühasibat uçotunun qurulması, əvvəlki dövrlər üzrə sənədlərin təhlili və uçotun bərpasının təşkili;
ERP sisteminin tətbiqində iştirak, ilkin qalıqların müəyyənləşdirilməsi və sistemə daxil edilməsinə nəzarət;
Xammal, material, hazır məhsul və anbar uçotunun təşkili;
İstehsal xərclərinin uçotu və məhsulun maya dəyərinin hesablanması;
Bank, kassa, alış-satış, debitor və kreditor əməliyyatlarının uçotuna nəzarət;
Əməkhaqqı hesablamalarının və vergi, statistika, digər məcburi hesabatların düzgün hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
Ayın bağlanması, maliyyə hesabatlarının və rəhbərlik üçün aylıq məlumatların hazırlanması;
İnventarizasiyanın təşkili və uçot məlumatları ilə faktiki qalıqların üzləşdirilməsi;
Mühasib və mühasib köməkçisinin işinin bölüşdürülməsi və yoxlanılması;
Vergi məsələləri üzrə məsləhətçi ilə koordinasiya və tələb olunan sənədlərin hazırlanması.
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq sahəsində ən azı 5 il, baş və ya aparıcı mühasib kimi ən azı 2 il iş təcrübəsi;
İstehsalat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki təcrübə;
Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək;
Uçotun sıfırdan qurulması və ya bərpası üzrə təcrübə;
Komandanı idarə etmək, işi planlaşdırmaq və hesabat müddətlərinə riayət etmək bacarığı.
Sement və ya digər tikinti materiallarının istehsalı sahəsində təcrübə, həmçinin Peşəkar Mühasib Sertifikatı üstünlükdür.
İş şəraiti:
Aylıq əməkhaqqı: 2300-2500 Azn (gross), iş həcmindən asılı olaraq bonuslar nəzərdə tutulur
Tam iş günü;
Mühasib və mühasib köməkçisindən ibarət komanda ilə iş;
İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center
İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198115/bas-muhasib
РЕКЛАМА













