Prayk
Baş mühasib köməkçisi — Maliyyə
По договорённости

Baş mühasib köməkçisi

Проверено1 нед. назад
Категория
Финансы
Дата
Просмотры
1
Номер
№4447453

Описание

Vəzifə öhdəlikləri İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi; Mühasibat məlumatlarının 1C proqramına daxil edilməsi; Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin işlənməsi; Alış və satış əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərilməsi; Debitor və kreditor borclarının izlənilməsi və üzləşdirilməsində iştirak; Bank əməliyyatları və ödəniş sənədlərinin hazırlanmasına kömək edilməsi; Mühasibat sənədlərinin arxivləşdirilməsi və müvafiq hesabatların hazırlanmasına dəstək; Rus dilində olan sənədlərlə işləmək və yazışmaların aparılması; Baş mühasibin və rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi. Namizədə tələblər Mühasibat uçotu və maliyyə sahəsində baza biliklərinin olması; 1C mühasibat proqramı ilə işləmək bacarığı; Rus dilini yaxşı səviyyədə bilmək; MS Excel və MS Word proqramlarından istifadə bacarığı; Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik; Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq. İş şəraiti İş qrafiki: həftədə 5 gün, 09:dan-18:00 İş yeri: Çinar Plaza Əməkhaqqı: razılaşma yolu ilə Əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Son müraciət tarixi: 12.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/shirin-agro-bas-muhasib-komekcisi-153539
РЕКЛАМА