
Bakı10
Beynəlxalq satış üzrə menecer / mütəxəssis
Beynəlxalq satış üzrə menecer / mütəxəssis
1 500 ₼
Проверено3 дн. назад
Описание
İş yeri - Bakı şəhəri
Əmək haqqı - 1 500 AZN-dən başlayaraq
Şirkətimiz xarici bazarlarda satış fəaliyyətinin genişləndirilməsi, yeni ölkə və regionlarda müştəri portfelinin formalaşdırılması məqsədilə Beynəlxalq satış üzrə menecer / mütəxəssis vəzifəsinə peşəkar, təşəbbüskar və nəticəyönümlü əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
Şirkətin məhsullarının xarici bazarlarda satışının təşkili və inkişaf etdirilməsi;
Yeni ölkə və regionlar üzrə perspektivli satış bazarlarının araşdırılması və potensialın qiymətləndirilməsi;
Müxtəlif ölkələrdə potensial distribütor, diler, idxalçı, topdansatış şirkətləri və digər B2B müştərilərin müəyyən edilməsi və onlarla ilkin əlaqələrin qurulması;
Yeni xarici müştərilərin aktiv şəkildə axtarılması, cəlb edilməsi və uzunmüddətli əməkdaşlığa çevrilməsi;
Mövcud xarici müştərilərlə işgüzar münasibətlərin qorunması və satış həcminin artırılması;
Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi və onlara uyğun məhsul və kommersiya təkliflərinin hazırlanması;
Xarici tərəfdaşlarla ingilis və rus dillərində yazılı və şifahi işgüzar danışıqların aparılması;
Qiymət, ödəniş şərtləri, çatdırılma şərtləri, sifariş həcmi və digər kommersiya məsələləri üzrə danışıqların aparılması;
Kommersiya təkliflərinin, təqdimatların və digər satış materiallarının hazırlanması və müştərilərə təqdim edilməsi;
Satış prosesinin ilkin müraciətdən sifarişin təsdiqlənməsinə və müqavilənin bağlanmasına qədər idarə olunması;
Beynəlxalq bazarlarda rəqiblərin, qiymətlərin, məhsulların və bazar tendensiyalarının mütəmadi təhlil edilməsi;
Ölkələr üzrə bazara giriş imkanlarının, satış kanallarının və potensial tərəfdaşların araşdırılması;
Müştəri bazasının və satış imkanlarının (sales pipeline) sistemli şəkildə idarə olunması;
Müştərilərlə aparılan danışıqların, göndərilən təkliflərin və satış nəticələrinin mütəmadi izlənilməsi;
Satış planlarının və müəyyən edilmiş aylıq/rüblük hədəflərin yerinə yetirilməsi;
Satış göstəriciləri, yeni müştərilər, aktiv danışıqlar və perspektiv bazarlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
Şirkətin məhsullarının xarici bazarlarda tanıdılması və brend mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərilməsi;
Beynəlxalq sərgi, konfrans və B2B görüşlərdə şirkətin təmsil olunması, yeni biznes əlaqələrinin qurulması;
Satış prosesində logistika, ixrac, maliyyə və digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək;
Müştəri məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı kommersiya münasibətlərinin davamlı şəkildə idarə olunması.
Tələblər
Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək - hər üç dildə danışıq, yazı, oxu və anlama bacarığı mütləqdir;
Beynəlxalq satış və xarici bazarlarla işləmək üzrə bilik və təcrübə;
Beynəlxalq iqtisadiyyat, xarici ticarət və ixrac prosesləri haqqında biliklərin olması;
Ölkələr, regionlar və beynəlxalq bazarlar üzrə yaxşı coğrafi biliklər;
B2B satış və yeni müştərilərin cəlb edilməsi bacarığı;
Bazar və rəqib analizi aparmaq bacarığı;
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Analitik düşüncə və kommersiya yanaşması;
Müstəqil işləmək, təşəbbüs göstərmək və satış nəticəsinə fokuslanmaq bacarığı;
MS Office proqramlarından sərbəst istifadə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: “Beynəlxalq satış üzrə menecer”
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197149/beynelxalq-satis-uzre-menecer-mutexessis
Похожие объявления














