Prayk

Bölgə müdiri (Cənub bölgəsi üzrə)

1 750 ₼
ПровереноСегодня
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
6
Номер
№6047735

Описание

Namizədə tələblər: Yaş həddi: 30–50; Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; Ali təhsil üstünlükdür; Satış və komandanın idarə edilməsi sahəsində praktiki təcrübə; MS Office proqramlarında  işləmə bacarığı; Satış texnikaları və bazar təhlili üzrə biliklər; Liderlik, effektiv ünsiyyət və təşkilatçılıq bacarıqları; Analitik düşünmə və qərarvermə qabiliyyəti. Əsas vəzifə öhdəlikləri: Cənub bölgəsi üzrə satış hədəflərinin yerinə yetirilməsini təmin etmək; Bölgədə fəaliyyət göstərən mağazaların işinə nəzarət etmək və onların fəaliyyətini koordinasiya etmək; Mağaza müdirlərinin fəaliyyətini idarə etmək, istiqamətləndirmək və nəticələrini qiymətləndirmək; Satış göstəricilərini təhlil etmək, plan-fakt müqayisələri aparmaq və satışların artırılması istiqamətində tədbirlər həyata keçirmək; Mağazalarda əməkdaşların iş fəaliyyətinə, əmək intizamına və müştəri xidmətinin keyfiyyətinə nəzarət etmək; Mövcud müştəri bazasının inkişafını və yeni müştərilərin cəlb edilməsini təmin etmək; Rəqib şirkətlərin fəaliyyətini və regional bazar tendensiyalarını təhlil etmək; Mütəmadi satış hesabatları və analitik təhlillər hazırlamaq; Mağazaların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər vermək; Rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək. Şirkət tərəfindən təklif olunur: Əməkhaqqı: 1 750 AZN + əlavə bonus; Yanacaq təminatı: aylıq 350 AZN; Xidməti avtomobil şirkət tərəfindən təmin olunur; Nahar təminatı: aylıq 200 AZN; Peşəkar inkişaf və karyera imkanları. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/206645/bolge-mudiri-cenub-bolgesi-uzre
РЕКЛАМА