Prayk

Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə)

По договорённости
ПровереноСегодня
Город
Bakı
Категория
Другое
Дата
Просмотры
4
Номер
№6105679

Описание

Əsas vəzifə öhdəlikləri Bölgələr üzrə yeni mağazaların açılışı üçün potensial ərazilərin və obyektlərin araşdırılması; Yeni obyektlərin yerləşmə mövqeyinin, sahəsinin, infrastrukturunun və kommersiya baxımından əlverişliliyinin qiymətləndirilməsi; Daşınmaz əmlak sahibləri və icarəyəverənlərlə danışıqların aparılması; İcarə şərtlərinin müzakirəsi və razılaşdırılması prosesində iştirak; Yeni mağazalar üçün uyğun obyektlərin seçilməsi və təkliflərin hazırlanması; Mövcud mağazaların icarə müqavilələrinin müddətinə nəzarət edilməsi və müqavilələrin uzadılması prosesinin koordinasiyası; Obyektlərə mütəmadi baxışların keçirilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin görülməsi; Yeni mağazaların açılışı, mövcud mağazaların köçürülməsi və bağlanması proseslərində aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi; Daşınmaz əmlak obyektləri üzrə məlumat bazasının aparılması və müvafiq hesabatların hazırlanması; Bölgələr üzrə daşınmaz əmlak bazarının araşdırılması və potensial inkişaf imkanlarının müəyyən edilməsi. Namizədə dair tələblər Ali təhsil; Daşınmaz əmlak, əmlak idarəetməsi, icarə və ya satış sahəsində iş təcrübəsi arzuolunandır; Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı; Analitik düşünmə və qərarvermə qabiliyyəti; MS Office proqramları ilə işləmək bacarığı; B kateqoriyalı sürücülük vəsiqəsi; Bölgələr üzrə ezamiyyətlərə hazır olmaq; Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. İş şəraiti və üstünlüklər İş yeri: Azərbaycan Respublikasının bölgələri; İş qrafiki: 5 günlük iş həftəsi; Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/206585/dasinmaz-emlak-uzre-bas-mutexessis-bolgeler-uzre
РЕКЛАМА