Dayə axtarılır 👩👦👦
2 uşağım var — 2 və 5 yaşlarında.
🕒 İş saatları:
* 1-ci gün – 4-cü gün: 15:00 – 22:00
* 5-ci gün: 15:00 – gecə 02:00
* 6-cı gün: 12:00 – gecə 02:00
5-ci və 6-cı günlər saat 02:00-a qədər qaldığı halda, işdən sonra taksi ilə yola salınacaq.
İş saatları əvvəlcədən bəllidir. Saatlarla bağlı problemi, gec saatlarda işləmək çətinliyi olan və sonradan müxtəlif səbəblərlə (“ərim icazə vermir”, “qardaşım belə deyir” və s.) iş rejimini dəyişmək istəyən şəxslər zəhmət olmasa müraciət etməsin.
👧🏻 İş əsasən uşaqlarladır:
* Uşaqlara nəzarət etmək
* Onlarla məşğul olmaq və oyun oynamaq
yedizdirmək
* Ancaq uşaqlarla bağlı işlərin görülməsi
Evdə kamera var və iş prosesinə nəzarət olunur.
Uşaqlara qarşı çox mehriban, mülayim və səbirli davranan birini axtarıram. Məsuliyyətli olması və qətiyyən gecikməməsi vacibdir.
15:00-dan gec gəlindiyi halda maaşdan tutulacaq.
Şərtlərlə razı olan və ciddi şəkildə işləmək istəyən şəxslər zəhmət olmasa şəxsi mesajla əlaqə saxlasın.