Bu akkumulyatorlu direl və əl alətləri dəsti ev təmiri, mebel yığımı, qaraj və tikinti işlərində müxtəlif delmə və bərkitmə əməliyyatlarını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Kömürsüz mühərrik alətin daha az qızmasını və daha uzun ömürlü çalışmasını təmin edir. Perforator funksiyası sərt səthlərdə rahat işləməyə imkan verir, 10 mm-lik dəmir patron isə taxmaları etibarlı şəkildə saxlayır.
Dəstə daxil olan elementlər:
Akkumulyatorlu direl — deşiklərin açılması və vintlərinin burulması üçün
2 ədəd akkumulyator — kəsintisiz işləməni təmin etmək üçün
Şarj cihazı — akkumulyatorları doldurmaq üçün
Çəkic — mıx çaxmaq və söküntü işləri üçün
Yarıq kəlbətin — məftil və hissələri tutmaq, kəsmək üçün
Lent kəlbətin — sıxmaq və tutmaq üçün
Tənzimlənən açar — müxtəlif ölçülü bolt və qaykaları burmaq üçün
Əl mişarı — kiçik kəsim işləri üçün
Tornavidalar — müxtəlif vintlər üçün
Rulotka — ölçmə işləri üçün
Dəftərxana bıçağı — kəsmə işləri üçün
İndikator tornavida — gərginliyi yoxlamaq üçün
Kiçik dəqiqlik tornavidaları — xırda mexanizmlər üçün
Qazma ucları və başlıqlar — müxtəlif materialları dəlmək və vintlər üçün
Birləşdirici detallar qutusu — kiçik bərkitmə vasitələrini saxlamaq üçün
Plastik çamadan — bütün alətləri bir yerdə saxlamaq və daşımaq üçün