Prayk
Drive Test Mühəndisi — Sənaye, istehsal
По договорённости

Drive Test Mühəndisi

ПровереноВчера
Дата
Просмотры
13
Номер
№5566899

Описание

Təsvir Mobil rabitə şəbəkələrində (2G/3G/4G/5G) xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə drive test və walk test ölçmələrini planlaşdırmaq, ölçmə marşrutlarını və test ssenarilərini hazırlamaq və icra etmək; Bina daxili məkanlarda (ticarət mərkəzləri, metro, hava limanı, inzibati binalar və s.) walk test ölçmələrini aparmaq; Ölçmə avadanlıqlarını və proqram təminatını quraşdırmaq, konfiqurasiya etmək, onların işlək vəziyyətdə saxlanmasına və yenilənməsinə nəzarət etmək; Səs, data (HTTP, FTP, video streaming və s.) və SMS xidmətləri üzrə Əsas Keyfiyyət Göstəricilərini (KPI) ölçmək: əhatə və siqnal keyfiyyəti (RSRP, RSRQ, SINR, RSCP, Ec/Io, RxLev, RxQual), zənglərin qurulma və kəsilmə göstəriciləri, ötürmə sürəti, gecikmə, handover uğurluluğu, səs keyfiyyəti (MOS) və s.; Ölçmə nəticələrinin emalını (post-processing) aparmaq, əldə edilmiş məlumatları təhlil etmək və qiymətləndirmək; Zəif əhatə, interferensiya, handover uğursuzluqları, zənglərin kəsilməsi və s. kimi problemli zonaları müəyyən etmək, onların səbəblərini araşdırmaq və həlli üzrə təkliflər hazırlamaq; Operatorların xidmət keyfiyyətinin müqayisəli (benchmarking) təhlilini aparmaq; Ölçmə nəticələri əsasında əhatə xəritələri, cədvəllər və qrafiklər hazırlamaq, texniki hesabat və təqdimatlar hazırlamaq; Ölçmə nəticələrinin lisenziya şərtlərinə və müəyyən edilmiş keyfiyyət normativlərinə uyğunluğunu qiymətləndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə hesabat hazırlamaq; Vətəndaş müraciətləri və şikayətləri əsasında yerində ölçmələr aparmaq və nəticələrə dair rəy hazırlamaq; Beynəlxalq standartlara (ITU-T, ETSI, 3GPP) uyğun ölçmə metodikalarının və prosedurlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək; Ölçmə məlumatlarının sistemli şəkildə saxlanılmasını, arxivləşdirilməsini və məlumat bazasının aparılmasını təmin etmək; Ölçmə sahəsində yeni texnologiyaları və metodları izləmək, onların tətbiqinə dair təkliflər vermək. Tələblər Ali təhsil (telekommunikasiya, radiotexnika, elektronika və ya digər müvafiq texniki ixtisas üzrə); Mobil rabitə texnologiyaları (GSM, UMTS, LTE, 5G NR(arzuolunandır)), radio interfeys, siqnallaşma və protokollar haqqında dərin biliklərə malik olmaq; Mobil rabitə şəbəkələrində drive test, RF ölçmə və ya şəbəkə optimallaşdırması sahəsində minimum 5 il iş təcrübəsi malik olmaq; Drive test və walk test ölçmə alətləri ilə praktiki iş bacarığına malik olmaq; Post-processing alətləri ilə işləmə bacarığı olmaq; Xidmət keyfiyyəti (QoS/QoE) göstəriciləri və müvafiq beynəlxalq standartlar (ITU-T E.800, E.804, P.863, ETSI TS 102 250 və s.) haqqında biliklərə malik olmaq; Sahədə (çöl şəraitində) işləməyə və ölkədaxili ezamiyyətlərə hazır olmaq; Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(yaxşı), Rus dili(arzuolunan); RF planlaşdırma və optimallaşdırma prinsiplərini bilmək. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 03.12.2026

Источник объявления

Открыть оригинал объявления

© İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp