Həvəs üçün almışdım, demək olar ki, istifadə olunmadığı üçün təcili satıram. Qiyməti dəyərindən çox ucuz qoyulub
Alət tam orijinal Braziliya brendi olan Giannini markasının Performance GNF-1R CEQ elektro-klassik modelidir. Saxta (poddelka) alətlərlə səhv salmayın, daxilində zavod rəsmi barkodu və unikal serial nömrəsi (S/N: G1831140888) mövcuddur.
Gitaranın göstəriciləri və vəziyyəti:
Elektronika: Üzərindəki orijinal GN-3T ekvalayzeri və daxili tuner (sazlama aparat) tam işlək vəziyyətdədir. Kolonkaya (gücləndiriciyə) qoşulub rahatlıqla ifa oluna bilər.
Səs və rahatlıq: Kəsik kasa (Cutaway) dizaynı sayəsində üst pərdələrdə (notlarda) ifa etmək çox rahatdır.
Kosmetik vəziyyəti: Şəkillərdə dəqiq çəkib göstərmişəm, istifadəyə və səsə heç bir təsiri olmayan yüngül kosmetik cızıqları var Qiymət ona görə uyğun qoyulub
Simlər haqqında (Müştərinin diqqətinə):
Gitaranın üzərindəki simlər zavod istehsalı olan klassik neylon simlərdir. Alət uzun müddətdir istifadəsiz qaldığı üçün simlər köhnəlib. Gitara bu vəziyyətdə də çalınır, amma alətdən maksimum təmiz səs almaq üçün alıcıya öz zövqünə uyğun yeni bir dəst klassik gitara simi alıb dəyişməyi tövsiyə edirəm. Yeni simlərin xərcini nəzərə alaraq qiymətdə zatən endirim etmişəm.
🎁 Qiymətə daxil olan xüsusi hədiyyə:
Gitaranın yanında şəkillərdə görünən, tam metal gövdəli və keyfiyyətli "Alice" markalı qoruyucu rezinli kapo (capo) hədiyyə verilir.
Əlavə qeydlər:
Gitaranın çexolu (qabı) yoxdur. Qiymət qoyularkən bu da nəzərə alınıb.
Barter olunmur. Real alıcıya yerində yüngül bir şirinlik edərəm.
© Vüsal · tap.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.